Yanğının söndürülməsi üçün xarici mütəxəssislər cəlb edilib

Yanğının söndürülməsi üçün xarici mütəxəssislər cəlb edilib

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğının aradan qaldırılması üçün xarici mütəxəssislər cəlb edilib.

Onlar artıq 10-cu özüldə, platformanın üzərindədirlər.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğın hadisəsi ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

O qeyd edib ki, yanğının söndürülməsi üçün işlər davam etdirilir: "Xarici mütəxəssislər özülün sahəsinə qalxıblar, onlar vəziyyəti görüb qərar verməlidirlər".

B.Ağarəhimov əlavə edib ki, bu gün səhərdən indiyədək aparılan axtarışlar zamanı yanğın nəticəsində itkin düşən neftçilərdən heç birinin cəsədi aşkarlanmayıb: "Yanğın isə ilk gündəkinə nisbətən xeyli zəifləyib".

Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR