“Yalansa, səni yapon ilanı vursun...” – Deputatdan Cəmil Həsənliyə ŞOK sözlər!!!

“Yalansa, səni yapon ilanı vursun...” – Deputatdan Cəmil Həsənliyə ŞOK sözlər!!!

"Milli Şura”nın baş təlxəyi Cəmil Həsənli indi də havaya şayiə buraxıb ki, guya filan - filan qurumlar, təşkilatlar, ölkələr Əli Kərimliyə görə Azərbaycana sanksiya tətbiq edəcəklər. Ardınca isə, bu "siyasi mürdəşir” həbsdəki hamisinə (oxu: cinayət şərikinə!) dəstək vermək üçün öz aləmində obrazlı ifadədən istifadə edib. Və buyurub: "Əli Kərimlini Ramiz Mehdiyevə heç yapon kleyi ilə də yapışdırmaq mümkün deyil.”

Yalansa, səni yapon ilanı vursun! Dələduz gədə!

Dovşan kimi qaçırdın ölkədən. Ən son anda gedişinin qarşısı alındı.
Yaxşı bəs, niyə qaçırdın? Hara qaçırdın? Hansı səbəbə qaçırdın?
 
Deyim, niyə...

Çünki, sizə kimlərsə lap əvvəldən, aylar öncədən sızdırmışdı ki, "zibil”lərinizin üstü açılıb və aradan çıxmaq lazımdır. 
Ona görə də, düz 15 il sonra Kərimlinin yadına pasport düşdü. Ona görə, Gültəkin Hacıbəyli (qəfildən!) Türkiyədə normal şərtlərlə deyil, məhz 2 illik oturum izni ilə qalmaq, yerləşmək, yaşamaq qərarına gəldi. Ona görə, Fuad Qəhrəmanlı gecənin korunda anidən Fransaya uçdu. 
 
Nəhayət;

Ona görə, sən - "podoşva” Cəmil, sən - yaramaz ünsür, sən - siyasi dələduz!!!! – Birdən "xatırladın” ki, Dubaydan toy dəvətnaməsi gəlib və təcili o toyda iştirak eləmək lazımdır! 
Əlqərəz, hamınızı kimsə, eyni anda, harasa çağırdı!

"Təsadüfün” də bu qədəri...

Hələ mən, o məqamın üzərində xüsusi dayanmıram ki - arada Əli Kərimli, pulunu şimaldan alsa da, məqalələrini qərb mətbuatında dərc elətdirirdi və...bu minvalla da öz aləminda "sağ göstərib, sol vururdu.” Baş aldatmağa çalışırdı...
***
Nağılbaz toplusu!
Xəyalpərəst yığını! 


Siz, həqiqətənmi düşündünüz ki, ağlınızın "razmer”ində olan planlarla, primitiv "tamaşa”larla nəyəsə nail ola biləcəksiniz?
 
Siz, həqiqətənmi - həmin illüziyalara, nağıllara inandınız? 

Mümkündürmü, bu? Mümkündürmü, belə şey? 

Mümkündürmü ki, bir vaxtlar öz lideri, müəllimi olmuş Elçibəyi gözdən salmaq üçün, onun haqqında kasetlər yazdırıb - yayan, rəzilliyi, riyakarlığı, nankorluğu həyatının kredosuna çevirən Əli Kərimli nə zamansa bu xalqın etimadını qazana bilsin?

Mümkündürmü ki, ömrü boyunca "ata - ata”, sata - sata, bata - bata gedən, alnında xəyanətkar damğası gəzdirən Gültəkin bu millətin ideoloquna çevirilsin?

Mümkündürmü ki, bir də yox, MƏHZ(!) yarım addımlığındakı insanların biabırçı hoqqaları, diləgəlməz namussuzluqları ilə öyünən, qürur duyan, abırına qısılıb susmaq əvəzinə hələ də boş - boş və utanmazcasına "guruldayan” Cəmil Həsənli bu ölkənin vətəndaşı üçün təmizlik, dürüstlük, səmimiyyət rəmzi olsun?  
 
Əsla! Mümkün deyil!

Dünya dağılsa da, tərsinə çönsə də - mümkün deyil!
***
Hələ bu harasıdır?!
Qarşıda səsli - küylü məhkəmələr var...


Törədilən bütün cinayətlərin detal - detal, bütün təfsilat və təfərrüatları ilə ortalığa, aydınlığa çıxacağı gün(lər) var. 
Audiolar var, videolar var...

Qaraguruhun "A”dan "Z”yə qədər ifşası var...

Bax, onda görəcəm, cəmiləbənzər amöblərin ürkək baxışlarını...
 
Boynu bükük duruşlarını...
Xaotik davranışlarını...
Saman çöpü axtarışlarını...

Az qaldı! Lap az.
Bir balaca da səbr edək.


Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri.  

Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR