Xüsusi məktəblər bağlana bilər? - Rəsmi

Xüsusi məktəblər bağlana bilər? - Rəsmi

Xüsusi internat məktəblərində uşaqların sayı ildən-ilə azalır. Ancaq xüsusi təhsil müəssisələrinin bağlanması planda yoxdur.
Aktual.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov bildirib.
O qeyd edib ki, xüsusi məktəbləri, sinifləri zəruri edən hallar mütləq olacaq.
"Elə uşaqlar var ki, onun ehtiyacı xüsusi məktəbdə təhsili zəruri edəcək, ya da uşağın hansısa dövrdə, müəyyən müddətdə xüsusi sinifə cəlb edilməsi vacib olacaq. Misal üçün, ağır davranış pozuntusu olan uşaqlar özlərinin yaxud başqaların sağlamlığına təhlükə yaratdıqda, internat tipli təhsil müəssisələrində bir müddət təhsil almaları tələb oluna bilər. Bəlkə, uşağın təhsilinin ilkin mərhələsində ixtisaslaşmış müəssisədə təhsil almasına ehtiyac yaranacaq.
Xəbər 140 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR