Əməkdar artist Xumar Qədimova saxtakarlıqla üzləşib.
Aktual.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə ifaçı özü məlumat verib.
O, adından saxta konsert afişalarının yayıldığını bildirərək, pərəstişkarlarını ehtiyatlı olmağa səsləyib.
"Diqqət! Mənim adımdan konsert postları qarşınıza çıxa bilər. Amma bunlara inanmayın. Əgər haradasa mənim konsertimin olacağı anonsunu görsəniz, bizim özümüzlə əlaqə qurub, bunun gərçək olub-olmadığını dəqiqləşdirib, sonra bilet alın", - deyə müğənni qeyd edib.
Xəbər 38 dəfə oxunub.