Xilasedicilər itkin düşən futbolçunun axtarışlarını bərpa ediblər

Xilasedicilər itkin düşən futbolçunun axtarışlarını bərpa ediblər
  • İDMAN

 Xilasedicilər İngiltərənin "Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin axtarışlarına davam etməyə qərar veriblər.

"Report" xəbər verir ki, onlar bəzi qalıqlar tapıb, lakin bunun oyunçunun yer aldığı təyyarəyə aid olub-olmadığını müəyyənləşdirməyiblər. Xilasedicilər bu gün sahil axtarışlarına yönəldiləcəklər.
Qeyd edək ki, Fransanın "Nant” klubundan "Kardiff Siti”yə keçən Emiliano Sala yanvarın 22-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib. 
Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR