“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada sağ qalan neftçi Faiq Cəfərov ANS-in efirində yayımlanan "Deməsək, olmaz" verilişinə danışıb.
Faiq Cəfərov sağ qalmasını Allahın möcüzəsi kimi qiymətləndirir. O, Allahın oradakı işçilərin xilası üçün kimlərisə göndərdiyini və xilasedicilərin şücaəti sayəsində mümkün olduğunu dedi:
“Hadisə anı o qədər dəhşətli idi ki, onu olduğu kimi görmək mümkün deyil. Ailəliyəm üç uşağım var, qızım və oğlum ali təhsillidir. Hazırda oğlum hərbi xidmətdədir. Evin son beşiyi isə 9-cu sinifdə oxuyur".
F.Cəfərov hadisə baş verəndən sonra yarım saat suda qalıb: "Bu müddət ərzində gözümün önünə ailəm və uşaqlarım gəldi. Düşünürdüm ki, doğrudan da bundan sonra onlar mənsiz yaşamalıdır. Mən özlüyümdə bunu qəbul edə bilmirdim. Odur ki, xilas olmaq üçün bütün üsullardan istifadə etməyə çalışırdım. Xilasedici gödəkcədən, eləcə də parçalanmış qayığın suda batmamış hissəsindən yaralanmaq. Son məqamda isə xilasedicilər bizi xilas etdilər”.
Daha ətraflı video-reportajda baxa bilərsiniz.
Aktual.az