Xəzər dənizində əməliyyat - 1400-dən çox sərhəd pozucusu saxlanıldı

Xəzər dənizində əməliyyat - 1400-dən çox sərhəd pozucusu saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri Azərbaycan və Qazaxıstandan olan həmkarlarının dəstəyi ilə keçirdikləri əməliyyat nəticəsində Xəzər dənizi hövzəsində 1400-dən çox sərhəd pozucusu saxlanılıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. 

"Həyata keçirilmiş tədbirlər nəticəsində 1400-dən çox sərhəd pozucusu, 170-dən çox kiçik həcmli gəmi saxlanılıb, 625 min 152 metr tor götürülüb. 15 tondan çox bioloji resursların qanunsuz dövriyyəsinin qarşısı alınıb. Tədbirlər Rusiyanın Xəzər regionunda strateji maraqlarının təmin olunması ilə bağlı fəaliyyət proqramının reallaşdırılması çərçivəsində bu ilin aprelin 15-dən mayın 15-dək və avqustun 30-dan oktyabrın 31-dək keçirilib. Tədbirlərə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti və Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndələri cəlb olunub", - deyə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında bildirilib.
 
Aktual.az 
Xəbər 556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR