Müğənni Xatirə İslam Azərbaycanda gizli toylar keçirildiyini iddia edib.
Aktual.az xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə yazıb. O bildirib ki, onu da toya dəvət edirlər:
"Azərbaycanda gün ərzində 500-dən çox gizli toy edirlər. Bu nə vaxta qədər davam edəcək? Ya icazə verilməlidir ya da qarşısı alnmalıdır. Xahiş edirəm ki, toyların keçirilməsinə tam icazə verilmədən heç bir tanışım, dostum ya da toyuma gələn şəxs məni gizli keçirdiyi toy mərasiminə dəvət etməsin. Mən qayda-qanun adamıyam. Getdiyim məclisdə rahat olmalıymam. Məni başa düşün”.
Xatirə İslamın iddiasına Daxili İşlər Nazirliyindən açıqlama verilib.
Qurumun mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirib ki, bununla bağlı nazirlikdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
"O cür halların qarşısının alınması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti gündəlik olaraq məlumatlar yayır. Belə cəhdlərin - toy, şənlik keçirmək, yas mərasimi təşkil etmək cəhdlərinin qarşısı mütəmadi olaraq polis əməkdaşları tərəfindən alınır”, - deyə Ehsan Zahidov bildirib.
Xəbər 524 dəfə oxunub.