“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi üçün xaricdən yanğınsöndürmə üzrə mütəxəssis dəvət edilməyib.
Azərbaycanın yanğının söndürülməsi üçün kifayət qədər texniki imkanları, ekspert və canlı qüvvəsi var
Aktual.az APA-ya istinadən xəbər verir ki, FHN-dən bildirilib ki, xaricdən dəvət olunmuş şəxslər yanğınsöndürmə üzrə mütəxəssis deyillər.
FHN-dən o da bildirib ki, Azərbaycanın yanğının söndürülməsi üçün kifayət qədər texniki imkanları, ekspert və canlı qüvvəsi var.
APA-nın əldə etdiyi məlumata görə, ABŞ-dan dəvət olunmuş iki mütəxəssisquyudakı axıntı və sızıntıların qarşısını almaq və hazırkı vəziyyəti təhlil etmək üçün dəvət olunub.