2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 299.9 milyon manat vəsait daxil olub.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 320.3 milyon manata bərabər olub.
Ötən ilin yanvar-iyun aylarına nisbətən Azərbaycana pul köçürmələri 2 dəfə və ya 1 milyard 327 milyon manat, ölkədən xaricə köçürmələr isə 40.2% və ya 215.5 milyon manat azalıb.
Xəbər 448 dəfə oxunub.