Xalq artisti Nazpəri Dostaliyeva bağ evini nümayiş etdirib.
Aktual.az big.az-a istinadən xəbər verir ki, müğənni həm də gözəl evdar qadın olduğunu açıqlayıb. Övladlarının yeməklərini heç kimə həvalə etməyən ifaçı "Evdəkilərə salam" verilişində bu barədə danışıb:
"Özümü tərif etməyi xoşlamıram. Amma yemək bişirməyi sevirəm. Düzdür, övladlarımın hərəsinin öz ailəsi var. Amma yenə də bura gələndə deyirlər, ana, nə bişirmisən. Deyirəm, heç nə ... (gülür-red) Amma təbii ki, hər zaman onlar üçün bişmiş, hazır yeməklərim olur".