WEF: Azərbaycan MDB-nin ən rəqabətqabiliyyətli ölkəsidir

WEF: Azərbaycan MDB-nin ən rəqabətqabiliyyətli ölkəsidir

Azərbaycan Dünya İqtisadi Forumunun (World Economic Forum, WEF) hazırladığı rəqabətqabiliyyətlilik reytinqində 40-cı yeri tutub.


Ötən il ilə müqayisədə Azərbaycan (2014-cü ildə 38-ci yeri tutub) iki pillə geriləyib.Ümiumilkdə, reytinqdə 140 ölkə yer alıb.

Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında ən yüksək yeri tutub. Belə ki, Qazaxıstan 42-ci, Rusiya 45-ci, Gürcüstan 66-cı, Ukrayna 79-cu, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü yerdə qərarlaşıb.


Reytinqə İsveçrə başçılıq edir, ikinci və üçüncü yerləri Sinqapur və ABŞ tuturlar.

Aktual.az

Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR