Vorobyov: İrəvan Moskva ilə münasibətləri məhv edir

Vorobyov: İrəvan Moskva ilə münasibətləri məhv edir
  • DÜNYA

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin Ermənistan parlamenti tərəfindən ratifikasiyası rus və erməni xalqı arasında çoxəsrlik dostluğu pozmayacaq. Lakin belə bir qərar Rusiya Prezidenti Vladimir Putinə qarşı qeyri-dost addımdır.
Aktual.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov deyib.
"Erməni parlamentarilərin qərarı Rusiya-Ermənistan parlamentlərarası komissiyasının işi çərçivəsində formalaşmış konstruktiv və etibarlı münasibətləri məhv edir”, - o bildirib.
Qeyd edək ki, bu gün Ermənistan parlamenti Vladimir Putinin ekstradisiyasını və həbsini tələb edən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya edib.
Xəbər 199 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR