AB ölkələrindən Ukraynaya qoşun göndərilməsi ehtimalından danışan Fransa Prezidenti Makron hakimiyyəti əlində saxlamaq istədiyi üçün belə açıqlama verib.
Aktual.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"Şəxsi hakimiyyətini qorumaq üçün Makron Üçüncü Dünya müharibəsini alovlandırmaqdan daha yaxşı bir şey tapmadı. Onun təşəbbüsləri Fransa vətəndaşları üçün təhlükəli olur”, - o bildirib.
Volodin Makrona Napoleonla bağlı tarixin nəticələrini xatırlatmağı tövsiyə edib:
"Bir müddət əvvəl Makron müasir Fransanı Napoleon dövrü ilə müqayisə edərək, Bonapartın itkiləri nəzərə almadığını, lakin indi ölkənin insan həyatını hər şeydən üstün tutduğunu bildirmişdi”.
Qeyd edək ki, Fransa Prezidenti Makron Avropanın Ukraynaya qoşun yeritməsini istisna etməyib.
Xəbər 151 dəfə oxunub.