Voleybol üzrə Avropa çempionatının püşkü atılıb

Voleybol üzrə Avropa çempionatının püşkü atılıb
  • İDMAN

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

"Report”un məlumatına görə, Türkiyənin İstanbul şəhərində baş tutan mərasimdə Azərbaycan millisinin də rəqibləri bəlli olub. Püşkə əsasən, yığma Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya kollektivləri ilə birgə C qrupunda yer alıb.
Bu qrupun oyunları Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
A qrupu (Ankara): Türkiyə, Serbiya, Bolqarıstan, Fransa, Finlandiya, Yunanıstan
B qrupu (Lodz): Polşa, İtaliya, Belçika, Ukrayna, Portuqaliya, Sloveniya
C qrupu (Budapeşt): Macarıstan, Hollandiya, Xorvatiya, Azərbaycan, Rumıniya, Estoniya
D qrupu (Bratislava): Slovakiya, Rusiya, Almaniya, Belarus, İspaniya, İsveçrə
Qeyd edək ki, Avropa çempionatının oyunları 23 avqust – 8 sentyabrda Türkiyə (Ankara), Polşa (Lodz), Macarıstan (Budapeşt) və Slovakiyada (Bratislava) keçiriləcək. Final və 3-cü yer uğrunda oyun Türkiyənin paytaxtında gerçəkləşəcək. Reqlamentə əsasən, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR