Övladını çəkiclə qətlə yetirən ataya hökm oxunub

Övladını çəkiclə qətlə yetirən ataya hökm oxunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı oğlu Röyamini xüsusi amansızlıqla qətlə yetirən Sabirabad rayonunun Ulacalı kənd sakini 27 yaşlı Röyal Məmmədovun məhkəməsi yekunlaşıb. 

Aktual.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hakim Nizami Quliyevin sədrliyi ilə keçən məhkəmə prosesində Röyal Məmmədova hökm oxunub. Məhkəmənin qərarına əsasən, o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dəhşətli qətl hadisəsi mart ayının 29-da baş verib. 
Uzun illər narkotik istifadəçisi olan R.Məmmədov bu səbəbdən birinci arvadından ayrılıb. R.Məmmədovun ikinci həyat yoldaşından üç uşağı olub. Qətlə yetirilən Röyamin uşaqların birincisidir. 

R.Məmmədovla həyat yoldaşı arasında tez-tez ailə münaqişələri baş verib. Son münaqişə yaşadıqları evin satılması üstündə yaranıb. Qadın ərinə evi satmayacağını, yaşamaq üçün başqa yerlərinin olmadığını bildirsə də, narkotik maddə almağa görə borcunun olduğunu deyən ər arvadını cəzalandırmaq istəyib. 

Qadın qaçaraq canını qurtarıb. Arvadının qisasını oğlundan almaq istəyən R.Məmmədov onu sürüyə-sürüyə işlək vəziyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına çəkiclə zərbələr vurmaqla onu qətlə yetirib.
 
Aktual.az
Xəbər 641 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR