Vergilər Nazirliyində struktur islahatları davam edir

Vergilər Nazirliyində struktur islahatları davam edir

Vergilər Nazirliyinin iki şöbəsi ləğv edilib. 

Aktual.az  "Report”a istinadən xəbər verir ki, ləğv edilən şöbələrin bazasında mərkəzlər yaradılıb.

Məlumata görə, ləğv edilən analitik-informasiya şöbəsinin əvəzində Media və Kommunikasiya Mərkəzi, informasiya texnologiyaları şöbəsinin əvəzində isə İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb.

Media və Kommunikasiya Mərkəzinin rəhbəri Mehdi Mirsəlimov, İT Mərkəzinin rəhbəri isə Eyyub İbrahimov təyin edilib.

Qeyd edək ki, hər iki şəxs ləğv edilən şöbələrin rəisləri olub.
 
Aktual.az
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR