Vergilər Nazirliyində kadr dəyişiklikləri

Vergilər Nazirliyində kadr dəyişiklikləri

Fazil Məmmədov əmr imzaladı.

Vergilər Naziri Fazil Məmmədovun əmri ilə nazirlikdə bəzi struktur dəyişiklikləri edilib.

Nazirlikdən Aktual.az-a verilən məlumata görə, Vergilər Nazirliyinin aparatının, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması, Xüsusi Rejimli Vergi Xidməti və Bakı Vergilər Departamentlərinin, Vergilər Nazirliyinin Ərazi Vergilər Departamentləri və İdarələrinin, Rayon Vergilər Şöbələrininstrukturunda bəzi dəyişikliklər edilib. 

Bundan başqa, Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin bazasında Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi yaradılıb. 

Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilərək, onların əvəzinə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi borclarının məcburi alınması idarəsi yaradılıb. 

Bu idarənin tərkibinə risklərin təhlili və nəzarət şöbəsi, məhkəmə qərarlarının icrası üzrə şöbə, habelə, hər bir ərazi vergi orqanı üzrə yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq 14 şöbə yaradılıb. 

Vergilər nazirinin digər əmri ilə xarici dövlətlərin vergi təşkilatları, banklar, sığorta təşkilatları və maliyyə institutları, beynəlxalq və regional maliyyə qurumları ilə maliyyə xarakterli məlumatların mübadiləsini təşkil etmək, bu təşkilatlarla Vergilər Nazirliyinin müvafiq sahədə əməkdaşlığını əlaqələndirmək, təcrübə mübadiləsi xarakterli qarşılıqlı səfərlər və görüşlər təşkil etmək, habelə maliyyə institutlarında vergi monitorinqini aparmaq məqsədilə Vergilər Nazirliyində müvafiq struktur yaradılıb. 

Vergilər nazirinin əmri ilə yaradılmış strukturlara kadr təyinatları da həyata keçirilib:

Belə ki, Vidadi Məmmədov Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi, Zeynalabdin Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi təyin edilib. 

Xəbər 1460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR