Vay Fay şüası həşaratları öldürür - İDDİA

Vay Fay şüası həşaratları öldürür - İDDİA

Simsiz internetin elektromaqnit şüalarının həşəratları öldürəcək qədər ziyanlı olduğu irəli sürülüb.


Publika.az xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə, vay fay ("Wi-Fi”) şüası nəinki insanlara, eləcə də bəzi quş və həşəratlara ciddi ziyan vura bilir. Nə az, nə çox, düz 97 elmi araşdırma əsasında ekoloqlar "Wi-Fi” şəbəkəsi siqnallarından ehtimal edilən zərərin qat-qat daha artıq və təhlükəli olduğunu bildiriblər.

Simsiz şəbəkələrin elektromaqnit şüaları quş və həşəratların istiqaməti müəyyənləşdirməsinə və miqrasiya proseslərinə mane olur. Eyni zamanda simsiz internetin siqnalları bitkilərin metabolizminə mənfi təsir göstərərək onların məhv olmasına gətirib çıxarır.

Mütəxəssislər simsiz rabitənin, o cümlədən "5G” standartının tətbiqindən ehtiyat etdiklərini deyiblər. Onlar düşünür ki, bu şüalardan müdafiə sistemi hazırlanmazsa, müxtəlif növ ağır nəticələr yarana bilər.

Rəqəmli texnologiyaların hər yerdə tətbiqi təbii davranışı güclü elektromaqnit şüalanmasına görə pozulan növlərin kütləvi məhvinə gətirib çıxaracaq.

Ekoloqların sözlərinə görə, elektromaqnit çirklənməsi ilə mübarizə üçün siyasi tədbirlərin görülməsinə ehtiyac var.

 
Aktual.az
Xəbər 1622 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR