Valyuta hərracına 150 milyon dollar çıxarılacaq

Valyuta hərracına 150 milyon dollar çıxarılacaq

Bu gün Azərbaycanda növbəti valyuta hərracı keçiriləcək.

Aktual.az  Report-a istinadən xəbər verir ki, hərraca Azərbaycan Dövlət Neft Fondu 100 mln. dollar, Azərbaycan Mərkəzi Bankı (AMB) isə 50 mln. ABŞ dolları vəsait çıxaracaq.

Xatırladaq ki, sentyabrın 26-da jurnalistlərə açıqlamasında AMB-nin sədri E.Rüstəmov bundan sonra da hərraclarda kifayət qədər vəsait təklif ediləcəyini və əsassız devalvasiya şayiələrinə yol verilməyəcəyini bildirib.

Bugünkü hərracda dollara tələbat əvvəlki günlərlə müqayisədə az olacaq. Xatırladaq ki, sentyabrın 27-də keçirilmiş hərraca 150 mln. dollar çıxarılıb ki, bunun da 70,2 mln. dollarını banklar alıb.

Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR