Vahid Ələkbərov dövlət şirkətini alır

Vahid Ələkbərov dövlət şirkətini alır

Rusiyanın "Lukoyl" şirkəti "Başneft" dövlət şirkətinin nəzarət paketini almağa hazırdır.

Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə jurnalistlərə şirkətin rəhbəri Vahid Ələkbərov açıqlama verib.

Neft şirkəti "Başneft"in səhm nəzarət paketini girovdan çıxarmağa hazırdır, ancaq bu barədə rəsmi təklifi şirkət hələ hökumətə verməyib.

"Biz rəsmən öz təklifimizi hökumətə etməmişik, hələlik özəlləşdirmə şərti yoxdur. Əgər münasib şərtlər olacaqsa, onda biz bu məsələyə baxmağa və iştirak etməyə hazırıq. Onların nəzarət paketi bizi maraqlandırır", - deyə Ələkbərov bildirib.

Daha əvvəl "Lukoyl"un "Başneft"ə marağı haqqında şəxsi mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb. “Forbes” nəşri isə qeyd edib ki, "Qorbuşkina dvora" sahibləri də həmçinin "Başneft"in özəlləşdirməsiylə maraqlanır.

Qeyd edək ki, Lukoyl neft şirkəti 1993-cü ildə Rusiya Federasiyası hökumətinin qərarı ilə yaradılıb. Nəhəng sənaye-maliyyə kompleksinə malik olan "Lukoyl" şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur.

Şirkət 1993-cü ildən Azərbaycanda da fəaliyyət göstərir. Rusiyada fəaliyyət göstərən milyarder, həmyerlimiz olan Vahid Ələkbərov "Lukoyl" şirkətinin rəhbəridir.

Aktual.az

Xəbər 927 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR