Umerovun bütün müavinləri işdən azad edildi

Umerovun bütün müavinləri işdən azad edildi
  • DÜNYA

Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin bütün müavinlərini işdən azad edib.
Aktual.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
Onun sözlərinə görə, Vladimir Qavrilov, Rostislav Zamlinski, Anna Malyar, Denis Şarapov, Andrey Şevçenko və Vitali Deyneqa müdafiə nazirinin müavini vəzifəsindən azad olunublar.
Bundan başqa, müdafiə nazirinin katibi Konstantin Vaşenko da işdən çıxarılıb.
Qeyd edək ki, Rüstəm Umerov Ukraynanın yeni müdafiə naziri təyin olunub.
Xəbər 184 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR