Ukrayna NATO-ya qəbul edilməsin, "bufer" olsun - Orban

Ukrayna NATO-ya qəbul edilməsin,
  • DÜNYA

Ukrayna Rusiya ilə Qərb arasında "bufer zona" kimi saxlanmalı, müəyyən təhlükəsizlik təminatları almalı, lakin AB və ya NATO-ya qəbul edilməməlidir.
Aktual.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"İstəsəniz də, istəməsəniz də, ukraynalılar bəyənsə də, bəyənməsə də, Ukrayna xəritədə olduğu yerdədir. Ən yaxşı perspektiv onun Rusiya ilə Qərb arasında "bufer zona" olmasıdır, əlbəttə ki, təhlükəsizlik zəmanəti ilə. Bu kömək etməsə, Ukrayna ərazilərini itirəcək. Rusiya Ukraynanı təkrar-təkrar məhv edəcək. Rusiya heç vaxt Ukraynanı AB və NATO üzvü kimi öz sərhədlərində görməyə razılaşmayacaq, heç vaxt", - o bildirib.
Orban Ukraynanın üzvlüyünün Avropanı qoruyacağına dair arqumentlərlə də razılaşmayıb:
"Çünki demək olar ki, bütün AB üzvləri artıq NATO-nun üzvüdür və bu alyans Rusiyadan güclüdür. Rusiyanın NATO üzvü olan ölkəyə hücum edəcəyi ilə bağlı heç bir təhlükə yoxdur".
Xəbər 91 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR