Ukrayna müxtəlif növ silahların istehsalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır

Ukrayna müxtəlif növ silahların istehsalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
  • DÜNYA

2024-cü ildə Ukrayna müxtəlif növ silahların istehsalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Aktual.az xəbər verir ki, bunu Ukraynanın müdafiə nazirinin müavini, general-leytenant İvan Qavrilyuk deyib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri üçün raketlər və sursatlar prioritet olacaq: "Hərbi istehsalın həcmini bir neçə dəfə artırmaq lazımdır. İlk növbədə, bizim geniş spektrli hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var”.
Nazir müavini deyib ki, Ukraynanın 2024-cü il üçün təsdiq edilmiş dövlət büdcəsində raket və sursatların alınması üçün təxminən 175 milyard qrivna ayrılıb: "Bu, bizə adekvat müqavimət göstərməyə imkan verəcək”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR