Ukrayna Krım körpüsünün məhvinə hazırlaşır - Kəşfiyyat

Ukrayna Krım körpüsünün məhvinə hazırlaşır - Kəşfiyyat

Rusiyanın neft emalı zavodlarına uğurlu hücumlar fonunda bu əməliyyatların arxasında duran Ukrayna Baş Kəşfiyyat İdarəsi başqa bir hədəfə - Krım körpüsünə diqqət yetirir. Onun məhvi yaxındır.
Aktual.az xəbər verir ki, bu barədə "Quardian” nəşri Ukrayna Baş Kəşfiyyat İdarəsinin yüksək səviyyəli rəsmisinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ukraynalı kəşfiyyatçılar körpüyə üçüncü hücumu planlaşdırırlar:
"Biz bunu 2024-cü ilin ilk yarısında edəcəyik. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov artıq bu məqsədi həyata keçirmək üçün böyük vasitələrə malikdir. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Rusiya donanmasının Qara dənizdəki mövcudluğunu minimuma endirmək üçün Prezident Zelenskinin təsdiq etdiyi plana əməl edir”, - kəşfiyyat rəsmisi bildirib.
Xəbər 120 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR