Ukrayna bizə görə cəbhədə mövqelərini itirir - ABŞ

Ukrayna bizə görə cəbhədə mövqelərini itirir - ABŞ

Amerika Konqresinin fəaliyyətsizliyi ucbatından Ukrayna artıq cəbhədə mövqelərini itirir.
Aktual.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.
"Son bir neçə həftə, bir neçə ay ərzində biz Ukraynanın döyüş meydanında uduzduğunu gördük. Bu da Konqresin fəaliyyətsizliyi ilə bağlıdır", - o vurğulayıb.
Pyer qeyd edib ki, ukraynalılar öz azadlıqları, demokratiya və Putinin təcavüzünə qarşı mübarizə apararkən ABŞ bu müharibədə Ukraynaya yardımı davam etdirməlidir:
"Biz istibdadlara cavab verməsək, diktatorları dayandırmasaq, nə olacağını bilirik".
Xəbər 129 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR