Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru vəfat edib
  • DÜNYA

Türkiyənin tanınmış aktyoru Ayberk Atilla vəfat edib.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sənətçi yanvarın 21-də evində ölüb. Aktyor bir müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

1946-cı ildə İstanbulda anadan olan Ayberk Atilla İstanbul Universitetində təhsil alıb. Sənət karyerasına 1967-ci ildə Lalə Oraloğlu Teatrında başlayıb. Müxtəlif illərdə Türkiyənin bir neçə teatrında çalışıb.

A.Atilla "Səksənlər”, "Leyli və Məcnun”, "Hürrəm Sultan” kimi məşhur seriallarda, o cümlədən "Sən işıldaquş gördün?”, "Orqanize işlər”, "Yuxu kimi” filmlərdə müxtəlif obrazlar yaradıb. Son olaraq, "Kiralık aşk” teleserialında rol alıb.
 
Aktual.az
Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR