Türkiyənin baş naziri Rusiyaya səfərə hazırlaşır

Türkiyənin baş naziri Rusiyaya səfərə hazırlaşır
  • DÜNYA

Türkiyənin baş naziri Binəli Yıldırım ölkələr arasında münasibətlərin normallaşdırılması prosesinin sürətləndirilməsi, eləcə də Suriya və İraqda əməkdaşlıq haqqında danışıqların aparılması üçün dekabrın birinci həftəsində Rusiyaya səfərə hazırlaşır. 

Oxu.Az "Hurriyet Daily News”a istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev ilə görüşdə gündəmdə əsasən Ankara və Moskva arasında iqtisadi əməkdaşlıq, o cümlədən də azad ticarət zonasının yaradılması və turizmin inkişafı məsələləri yer alacaq. Görüşün rəsmi tarixi müəyyən deyil.

Həmçinin Suriya və İraqda "İslam dövləti” terror qruplaşması ilə mübarizədə əməkdaşlıq üzrə müzakirələr aparılacaq. 

Bundan başqa, 2017-ci ilin yanvar ayında Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyi də gözlənilir. 

Aktual.az
Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR