Türkiyədə SƏFƏRBƏRLİK

Türkiyədə SƏFƏRBƏRLİK
  • DÜNYA

PKK, FETÖ, İŞİD-ə və bütün terror qruplaşmalarına qarşı mübarizə aparmaq üçün milli səfərbərlik elan edirəm.

Aktual.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan icra başçılarının toplantısında bildirib.

"Bu qruplaşmalarla bağlı bir şey görsəniz, bununla bağlı o dəqiqə təhlükəsizlik qüvvələrinə məlumat verin. Terror qruplaşmalarının məsələsi bir davanı müdafiə məsələsi deyil. Onların hədəfi Türkiyəni bölgədəki başqa dövlətlər kimi yox etməkdir".

Onun sözlərinə görə, 2015-ci il iyulun 20-dən indiyədək terrorçu PKK-ya qarşı mübarizədə 1 178 vətəndaşımız şəhid olub, 9 500 terrorçu zərərsizləşdirilib: "Bu günədək 40 mindən çox separatçı-terrorçu saxlanılıb, 10 500-ə yaxın terrorçu-separatçı isə tutulub". 
 
Aktual.az

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR