Türkiyənin Şanlurfa bölgəsində partlayış törətməyi planlaşdıran 5 nəfər həbs edilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə "Haber7” agentliyi məlumat yayıb.
Məlumata əsasən, onlar terrorçu PKK-nın Suriyadakı qolu "PYD”-nin üzvləridirlər.
Məlumata görə, terrorçular Türkiyəyə Suriyadan keçiblər.
Xəbərdə bildirilib ki, şübhəlilər Şanlıurfada insanların çox olduğu küçə və meydanlarda, eləcə də dövlət orqanlarının yerləşdiyi binalarda partlayış törətməyi planlaşdırdıqlarını etiraf ediblər.
Aktual.az
Xəbər 287 dəfə oxunub.