Türkiyədə keçiriləcək referendumun tarixi açıqlandı

Türkiyədə keçiriləcək referendumun tarixi açıqlandı
  • DÜNYA

Türkiyənin iqtidar Ədalət və İnkişaf Partiyası Konstitusiyaya dəyişikliklərə dair referendumun keçiriləcəyi tarixi açıqladı. 

Oxu.Az "Milliyet”ə istinadən xəbər verir ki, səsvermə martın 26-da və aprelin 16-da keçiriləcək. 

Parlament idarəçiliyi əvəzinə, Prezident idarəçilik sisteminin tətbiqinə dair qanuna dəyişiklik layihəsini parlamentə Türkiyənin iqtidar Ədalət və İnkişaf Partiyası çıxarıb. Düzəlişlər prezidentin səlahiyyətlərini genişləndirir. Əsasən o, fərman vermək, nazirləri təyin etmək, konstitusiyaya dəyişikliklərə dair məsələlərin referenduma çıxarmaq kimi səlahiyyətlər alır. 
 
Aktual.az
Xəbər 593 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR