Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb
  • DÜNYA

Türkiyədə fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadılıb.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, parlament  fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi 3-cü dəfə uzadılır. Hazırda tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti  yanvarın 19-da başa çatır. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də,  hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.  Fövqəladə vəziyyət rejimi bundan sonra oktyabrın 19-da  üç ay müddətinə uzadılıb. 
 
Aktual.az
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR