Türkiyənin Basın Yayın Komissiyası yenidən milli azlıqların qəzetlərinə dəstək vermək qərarına gəlib.
Aktual.az modern.az-a istinadən bildirir ki, İstanbulda nəşr olunan "Aqos" qəzetinin yaydığı məlumata görə, maliyyə dəstəyi ermənilərin, yəhudilərin və yunanların mətbu orqanlarına göstəriləcək.
Qeyd edilir ki, milli azlıqların qəzetlərin bir hissəsinin maliyyə vəziyyəti çox acınacaqlıdır, hətta bağlanmaq təhlükəsi ilə üz-üzədir.
Xəbər 612 dəfə oxunub.