Türkiyədə dolların məzənnəsi yeni rekord vurdu

Türkiyədə dolların məzənnəsi yeni rekord vurdu
  • DÜNYA

Amerika valyutası qlobal valyuta bazarında möhkəmlənir.

Türkiyədə dolların məzənnəsi bu gün, noyabrın 16-da nağd valyuta bazarında 3,30 lirə səviyyəsini ötüb.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, hazırda məzənnə 3,3120 TRY/USD-yə bərabərdir.
Buna səbəb kimi, dolların qlobal valyuta bazarında güclənməsi fonunda Çin yuanı da daxil olmaqla inkişaf etməkdə olan bütün dünya valyutalarının ucuzlaşması amili göstərilir. 

Dünən, noyabrın 15-də Boston Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Erik Rosengren uçot dərəcəsinin artırılmasının qarşısını ancaq çox önəmli mənfi xəbərin ala biləcəyini bildirib. Nəticədə, dolların möhkəmlənməsi davam edib.

"Report”un analitik qrupu dolların məzənnəsinin Türkiyədə ilin sonuna qədər 3,40-3,45 TRY/USD-yə qədər arta biləcəyini proqnozlaşdırır: "2017-ci ilin mart ayına qədər isə məzənnə 3,80 TRY/USD-yə çata bilər. 

Buna səbəb ABŞ-da uçot dərəcəsinin artması fonunda bütün dünyada sərbəst kapitalın dollar istiqrazlarına yönəldilməsi amili olacaq”.
 
Aktual.az  
Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR