Türkiyədə azərbaycanlı gəmi kapitanı saxlanıldı, deportasiya olundu

Türkiyədə azərbaycanlı gəmi kapitanı saxlanıldı, deportasiya olundu

Türkiyənin Çanaqqala Boğazında azərbaycanlı gəmi kapitanı Zakir M. Orucov saxlanılıb.

Aktual.az  virtualaz.org-a istinadən bildirir ki, buna səbəb ABŞ bayrağı altında üzən "Mr. Adams" gəmisinin azərbaycanlı kapitanının Türkiyəyə girişinə qadağa qoyulmasıdır.

Çanaqqala Boğazını keçərkən mühərrikində nasazlıq yarandığından təmir üçün Gəmi Nəqliyyat Xidmətləri İdarəsindən yardım istəyən kapitanın tələbi yerinə yetirilib. Qayıq "Söndürən-7" gəmisi vasitəsilə Çanaqqala limanına çıxarılıb. Yoxlama zamanı məlum olub ki, azərbaycanlı kapitana Türkiyəyə giriş qadağan edilib.

Kapitan Orucov sərhəddən çıxarılması üçün Əcnəbiləri Geri Göndərmə Mərkəzinə aparılıb. Z.Orucov ifadəsində yaxtanı İstanbulda adını bilmədiyi bir nəfərdən kirayələdiyini bildirib. Çanaqqala Liman Başkanlığı əmrinə əsasən yaxta sahibinə qaytarılacaq.
 
Aktual.az  
Xəbər 671 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR