Türkiyə vətəndaşlarını Livandan təxliyə edir

Türkiyə vətəndaşlarını Livandan təxliyə edir
  • DÜNYA

Türkiyə vətəndaşlarını Livandan təxliyə edən gəmilər Beyrut limanından Mersinə doğru yola çıxıb.
Aktual.az "TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Məlumata görə, Xarici İşlər və Milli Müdafiə nazirliklərinin koordinasiyalı fəaliyyəti nəticəsində çoxu Türkiyə vətəndaşı olmaqla başqa ölkələrin vətəndaşları da təxliyə edilib.
Bildirilib ki, 2006-cı ildə 34 gün davam etmiş İsrail - "Hizbullah" savaşı zamanı da Türkiyə vətəndaşlarını təxliyə etmişdi. Onda 12 saat ərzində 1100-ə yaxın Türkiyə vətəndaşı Livandan köçürülmüşdü. Bu dəfə isə Türkiyə gəmiləri iki mindən çox Türkiyə və başqa ölkələrin vətəndaşlarını ölkədən çıxarıb.

Xəbər 154 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR