Türkiyə münaqişə nəticəsində dağılmış Ukrayna infrastrukturunun bərpası ilə məşğul olacaq.
Aktual.az TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Lvovdan qayıdan türkiyəli lider jurnalistlərə müsahibəsində deyib.
"Biz strateji tərəfdaşımız Ukrayna ilə bütün istiqamətlər üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə razılığa gəldik. Ümidvaram ki, danışıqlarımız bölgəmizdə, eləcə də qlobal dünyada sülhün və sabitliyin təmin olunmasına kömək edəcək”, - o qeyd edib.
"Səfər zamanı Türkiyənin Ticarət Nazirliyi ilə Ukraynanın İnfrastruktur Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb, buna əsasən münaqişə nəticəsində dağılmış infrastrukturun bərpası ilə məşğul olacağıq”, - türkiyəli lider deyib.
Qeyd edək ki, ötən gün Lvovda Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski və BMT baş katibi Antoniu Quterrişin görüşü baş tutub.
Xəbər 719 dəfə oxunub.