Türkiyə PA: "Qarabağın azadlığı Türk dövlətləri arasında həmrəyliyin ən böyük zəfəridir"

Türkiyə PA:


"Qarabağ zəfəri Türk dövlətləri arasında həmrəyliyin ən böyük təzahürüdür. Əlbəttə, Qarabağ zəfəri hamıdan əvvəl Azərbaycanın zəfəridir".
Aktual.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun İstanbulda keçirilən "Böyük Türkiyə vizyonu” panelində çıxışı zamanı deyib.
O bildirib ki, bu qələbə həm də Türkiyənin və bütövlükdə Türk dünyasının qalibiyyətidir: "Biz qardaş Azərbaycanın yanında olduq, güclü həmrəylik göstərdik. Bu həmrəylik müqəddəs həmrəylikdir".
F.Altunun sözlərinə görə, bu həmrəylik nəticəsinə gələcəkdə Türk dünyasına vurulmaq istəyən zəncirlər qırılacaq: "Biz həmrəyliyimizi indi də davam etdiririk".
PA rəsmisi onu da qeyd edib ki, Türkiyənin Türk dövlətlərindən ayrı gələcəyi yoxdur: "Biz əməkdaşlığımızı müxtəlif sahələrdə, o cümlədən media sahəsində davam etdiririk. Biz Türk dünyasının səsinin daha yaxşı eşidilməsi üçün qətiyyətli addımlarımızı davam etdirəcəyik. Güclü Türkiyə güclü Türk dövlətləri deməkdir”.
İdarə rəhbərinin sözlərinə görə, Türkiyə bu gün dünyada sabitləşdirici rol oynayır: "Biz bunu Rusiya-Ukrayna müharibəsində də gördük”.

Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR