Türkiyə Avropaya 2 milyon milad çələngi satacaq

Türkiyə Avropaya 2 milyon milad çələngi satacaq
  • DÜNYA

Türkiyə əsas katolik bayramı üçün Avropaya milad çələnglərinin əsas tədarükçülərindən biri olub. Çələnglərin hazırlanması ilə aztəminatlı ailələrin qadınları məşğul olacaq, istehsalatdan gələn gəlir isə bu il 6,5 milyon dollardan ibarət ola bilər. 

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə "Habeler” məlumat yayıb. 

İlk dəfə Türkiyədə milad çələnglərini hələ Antalya sakinləri burada yaşayan alman xanımın rəhbərliyi altında keçən əsrin 90-cı illərində hazırlamağa başlayıblar. Bir müddət sonra Osparta və Burdura sakinləri də onlara qoşulub. 

Hazırlanma prosesində onlar təbii materiallardan istifadə edirlər. Bura şam ağacının qozaları, müxtəlif küknar növləri, eləcə də giləmeyvələrdən hazırlanmış bəzəklər daxildir. Rənglərə gəldikdə isə katolik miladı üçün al-qırmızı əsas rənglərdəndir. 

Hazırda milad çələnglərinin hazırlanması ilə əsasən kənd yerlərində yaşayan və aztəminatlı ailələr məşğul olur. Belə ki, onlar üçün qış aylarında şəhərdə iş tapmaq çətindir. 

Milad çələnglərini katoliklər evin giriş qapısına asır, eləcə də milad ərəfəsində evdə axşam yeməyi zamanı şamdan əvəzi istifadə edirlər. 
 
Aktual.az 
Xəbər 147 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR