Tu-154-ün “qara qutu”su oxundu – Pilot səhvi

Tu-154-ün “qara qutu”su oxundu – Pilot səhvi
  • DÜNYA

Rusiyanın Soçi şəhərində qəzaya uğrayan Tu-154 təyyarəsinin "qara qutu”su oxunub.

AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, "qara qutu”nun oxunması nəticəsində qəzanın baş verməsinin ilkin səbəbi pilotların səhvi göstərilir. "Qara qutu”nun araşdırılması Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.

Hələ ki,xəbər heç bir rəsmi struktur tərəfindən öz təsdiqini tapmayıb.

25 dekabr tarixində Suriyaya uçan Rusiya hava yollarına məxsus TU-154 təyyarəsi radarlardan itib. Bir neçə saat sonra təyyarənin qalıqları Qara Dənizdən tapılıb.

8 nəfər ekipaj üzvü də daxil olmaqla təyyarədə olan 92 nəfərdən doqquzu jurnalist, 68 nəfəri Aleksandr adına musiqi ansanblının üzvləri olub. Bu şəxslərin hamısı həlak olub.
 
Aktual.az
Xəbər 1307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR