TTV-nin 6 yaşı oldu - SİZİN XƏBƏR KANALINIZ

TTV-nin 6 yaşı oldu    - SİZİN XƏBƏR KANALINIZ

Tovuz rayonunda yerləşən "TÜRKEL TV" MMC - Müstəqil Televiziya Şirkəti 01 iyun 2010-cu ildən fəaliyyətə başlayıb. Cənubi Qafqazın və Azərbaycanın ilk xəbər kanalı TTV 2015-ci ilin aprelin 20-dən Azerspace-1 peyki vasitəsi ilə (11024 VERTİCAL 12698(5/6) tezliyində) bütün dünyaya yayımlanır. TTV rəqəmsal yayımda Gəncə-Qazax, Şəki-Zaqatala, Mərkəzi Aran, Aran Qarabağ inzibati regionlarını, həmçininGürcüstan və Ermənistanın bir çox ərazilərini əhatə edir.(Rəqəmsal: DTV Qazax-Ağstafa 56, Tovuz 36, Gəncə 24) 

TTV 24 saat ərzində izləyiçilərə 47 xəbər buraxılışı, həmçinin analitik-informasiya, idman, mədəniyyət, sosial və maarifləndirici proqramlar təqdim edir. Bununla da tamaşaçı ilk dəfə olaraq gün ərzində istədiyi xəbəri, istədiyi vaxt əldə etmək imkanı qazanıb. "www.ttv.az" saytında təqdim olunan xəbərlərlə tanış olmaqla yanaşı efiri canlı izləmək də mümkündür. TTV həm "Region TV" Televiziya Şirkətinin xəbər mərkəzi, həm də "Region TV"-də yayımlanan "Bu Gün" xəbərlər informasiya proqramını təqdim edir. Kanalın sloqanı : “TTV - SİZİN XƏBƏR KANALINIZ”

Kanalın baş direktoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politologiya və siyasi institutlar üzrə disertantı, televiziya sahəsində tanınmış mütəxəssis Nadir Şəfiyevdir.

Aktual.az adından dəyərli həmkarlarımızı təbrik edir, işlərində yeni-yeni uğurlar arzu edirik

Xəbər 491 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR