Trampla Putinin telefon danışığının dəqiq vaxtı açıqlanıb

Trampla Putinin telefon danışığının dəqiq vaxtı açıqlanıb
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin  arasında ilk telefon danışığı bu gün, Moskva vaxtı ilə saat 20:00-da baş tutacaq.

Aktual.az-ın APA-ya istinadla verdiyi məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Bundan əvvəl Trampla Putin 2016-cı il, noyabrın 14-də telefonla əlaqə saxlamışdılar. Vladimir Putin Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik etmişdi.

Məlumata görə, bu gün Donald Tramp həmçinin Almaniya, Fransa, Yaponiya və Avstraliyanın rəhbərləri ilə də telefon danışığı aparacaq.
 
Aktual.az
Xəbər 531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR