Trampdan daha bir SENSASİYA: Putinin dostunu dövlət katibi qoyur

Trampdan daha bir SENSASİYA: Putinin dostunu dövlət katibi qoyur
  • DÜNYA

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "ExxonMobile" neft korporasiyasının direktoru Reks Tillersonu dövlət katibi vəzifəsinə təyin etməyə hazırlaşır.

Aktual.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" Trampın keçid komandasındakı iki vəzifəli şəxsə istinadən yazır.

Mənbələr bildiriblər ki, 64 yaşlı Tillersonun dövlət katibi olmaq şansı qalan namizədlərdən xeyli çoxdur. Ötən həftə Tillerson Trampla görüşüb və gözlənilir ki, onlar bu həftə sonu yenidən görüşəcəklər. Tramp dövlət katibi postuna təyinatını gələn həftə elan etməlidir. Digər namizədlər isə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus və ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Boltondur.

Reks Tillerson Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqələrə malikdir. O, 2011-ci ildə Moskvada energetika sahəsində əməkdaşlığa dair danışıqlar aparıb. 2012-ci ildə Putin Tillersonu Dostluq ordeni ilə təltif edib. "ExxonMobile" korporasiyasının rəhbərliyində Tillerson Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxıb.
 
Aktual.az
Xəbər 576 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR