Tramp: Navalnı o qədər cəsarətli idi ki...

Tramp: Navalnı o qədər cəsarətli idi ki...
  • DÜNYA

Navalnı çox cəsarətli insan idi, ancaq gərək Rusiyaya qayıtmayaydı.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp rusiyalı müxalif siyasətçi Aleksey Navalnınin ölümü barədə danışarkən deyib.
O da hazırki ABŞ prezidenti və digər Qərb liderləri kimi Navalnının ölümündə Rusiya Prezidenti Vladimir Putini günahlandırıb:
"Navalnının ölümü çox kədərlidir. O, Rusiyaya qayıtmağa qərar verən çox cəsur bir insan idi. O, bunu etməyə də bilərdi. Düzünü desəm, əgər ölkəsinə qayıtmasaydı və xaricdən danışmasaydı, bəlkə də onun üçün daha yaxşı olardı. Çünki hamı nə ola biləcəyini təxmin edirdi və düşünülən də oldu. Bu, dəhşətli hadisədir”.
Qeyd edək ki, rusiyalı müxalif siyasətçi 47 yaşlı Aleksey Navalnı 16 fevralda cəzaçəkmə müəssisəsində qəflətən vəfat edib. Onun ölüm səbəbi araşdırılır.
Xəbər 116 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR