Tramp Çin lideri ilə görüşəcək

Tramp Çin lideri ilə görüşəcək
  • DÜNYA

Çin lideri Si Tsin Pin ABŞ prezidenti Donald Trampla görüşə bilər

 "Ölkə.Az" xəbər verir ki, liderlərin görüşü "G20" sammitində baş tutacaq.

Çin hakimiyyəti ABŞ-la Çin Xalq Respublikasının sədri Si Tsin Pin və prezident Tramp arasında "G20" sammiti çərçivəsində görüş keçirilməsi barədə danışıqlar aparırlar. Sammit bu ilin iyul ayında Almaniyada keçiriləcək.

Verilən xəbərə əsasən, Pekin Tramp komandası ilə iyul ayında Hamburqda keçiriləcək "G20" sammiti çərçivəsində ikitərəfli görüş imkanını müzakirə etmək üçün təmasdadır. ABŞ tərəfi də analoji arzusu olduğunu ifadə edib.

Qeyd edək ki, bir müddət əvvəl Donald Tramp Çin liderinə əməkdaşlığa ümid etdiyi barədə bəyanat vermişdi.
 
Aktual.az
Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR