ABŞ prezidenti Donald Tramp könüllü şəkildə 400-dən çox şirkətdə tutduğu postlardan imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tramp Organization” sənədinə istinadən CNN məlumat yayıb.
"Mən, Donald C.Tramp, bu şirkətlərdə bütün səlahiyyət və mövqelərdən imtina edirəm”, - sənəddə deyilir.
Şirkətlərin adı sadalanan 19 səhifəlik sənədin Trampın inauqurasiya ərəfəsində, yanvarın 19-da imzaladığı dəqiqləşdirilir.
Aktual.az
Xəbər 256 dəfə oxunub.