Ağstafa rayonunun Köçəsgər kəndindən olan Tovuz döyüşləri şəhidimiz Azərbaycan Silahlı Qüvvələrinin giziri Babayev Yaşar Vasif oğlunun adının əbədiləşdirilməsi məqsədilə inşa olunan xatirə lövhəsinin açılışı olub.
Xatirə lövhəsində Yaşarla yanaşı Milli Qəhrəmanımız, şəhid general-mayor Polad Həşimovun da şəkli həkk olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sonra şəhidimizin ailəsi doğma evində ziyarət olunub.
Yaşar Babayev 1987-ci ildə Köçəsgərdə anadan olub. O, 2012-ci ildə ailə həyatı qurub. 8 il övlad arzusu ilə yaşayan Yaşar, şəhidlik zirvəsinə ucalandan 2 gün sonra, 16 iyul 2020-ci ildə qızı dünyaya gəlib. Azərbaycan Prezidenti İlham Əliyev şəhidimizi döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə 18.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "İgidliyə görə” medalı ilə təltif edib.
Allah şəhidlərimizə rəhmət etsin!
Xəbər 829 dəfə oxunub.