“Ötən il Gürcüstana ən çox investisiya yatıran Azərbaycan olub” – 482 milyon dollar

“Ötən il Gürcüstana ən çox investisiya yatıran Azərbaycan olub” – 482 milyon dollar

"2017-ci ildə Gürcüstana 482,1 mln. dollar investisiya yatıran Azərbaycan xarici investisiyaların həcminə görə lider ölkə olub”.

 

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Yekaterina Mikabadze deyib.

O bildirib ki, ötən il ölkə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr sırasında Türkiyə 279 mln. dollarla ikinci, Böyük Britaniya isə 250,4 mln. dollarla üçüncü yeri tutub.

Nazir müavini qeyd edib ki, ötən il ölkə iqtisadiyyatına qoyulmuş 1 mlrd. 861,9 mln. dollar həcmində investisiyaların böyük hissəsi – 28,3%-i nəqliyyat və rabitə sahəsinə yönəldilib.

Y.Mikabadze vurğulayıb ki, təkrar investisiya qoyuluşunda 129,6% artım qeydə alınıb ki, bu da investorların etibarının artmasının və biznes mühitlə bağlı müsbət gözləntilərin göstəricisidir.

Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR