Rusiyanın paytaxtı Moskvada "AST” qrupunun təsisçisi Telman İsmayılova məxsus Kutuzov prospektində yerləşən beşotaqlı və altıotaqlı iki mənzilə həbs qoyulub.
Aktual.az "Trend”ə istinadən xəbər verir ki, bundan başqa, Moskva vilayətinin Arbitraj Məhkəməsi azərbaycanlı biznesmen "AST” qrupunun təsisçisi Telman İsmayılovun Moskva ətrafında 3 torpaq sahəsi ilə bağlı sazişə həbs qoymaqdan imtina edib.
Məlumata görə, həbs qoyulan
daşınmaz əmlak T.İsmayılovun 2005-ci ildə Fransada anadan olmuş nəvəsi Telmanın adınadır.
Aktual.az
Xəbər 1724 dəfə oxunub.