Eko və Nitrat testerlər “sağlam” alış-veriş üçün etibarlı “məsləhətçilərinizdir”.
Hər birimiz ərzaq alış-verişinə gedərkən çətin bir sual qarşısında qalırıq: “kimyəvi maddələr və şüalanmadan zərər çəkməmiş “sağlam” meyvə-tərəvəzləri necə seçməli?” Bu narahatlıq bizi bütün il ərzində müşayiət edir, çünki, meyvə-tərəvəzlərin demək olar ki, bütün növləri ilboyu satılmaqdadır.
Bazarlarda biz həm Avropa və Asiya ölkələrindən idxal edilmiş xarici məhsullarla, həm də yerli istixanalarda və ya açıq havada yetişdirilmiş məhsullarla qarşılaşırıq.
Biz, sağlam qidalanma qaydalarına riayət etməyə və meyvə-tərəvəzlərin tərkibində vitamin və mikroelementlərin tam dəsti olduğuna görə gündəlik qida rasionumuza onları daxil etməyə çalışırıq.
Lakin, təəssüf ki, biz həmin maddələr əvəzinə bəzən öz rasionumuza yüksək miqdarda nitratları daxil etmiş oluruq.
Müasir dövrdə mineral gübrələrin həddindən artıq istifadəsilə əlaqədar olaraq meyvə-tərəvəz məhsullarının tərkibində nitratların miqdarının normadan artıq olması aktual bir problemdir.
Nitratlardan tamamilə azad ideal tərəvəzlər yetişdirmək mümkün deyil, belə ki, azot bitkilərin inkişafı üçün vacibdir. İnsan, xüsusilə də, uşaqlar tərəfindən nitratların sutkalıq qəbul normasının aşılması ağır zəhərlənmələrə gətirib-çıxara bilər, nitratların müntəzəm qəbulu isə orqanizmdə toplanma effekti törədərək, gələcəkdə ağır xəstəliklərə səbəb olur. Hamıya məlumdur ki, məsələn, hər il yay fəslində ölkəmizdə qarpızdan zəhərlənmə halları baş verir ki, bu da onun tərkibində məhz nitratların həddən artıq olmasının nəticəsidir.
Bundan əlavə, elə məhsullar vardır ki, onlar radioaktiv şəraiti əlverişsiz olan ərazilərdə yetişdirilir. Müvafiq olaraq, belə məhsullarda radiasiyanın toplanması baş verir.
Məlum olduğu kimi, radiasiya insanın demək olar ki, bütün orqanlarına mənfi təsir göstərərək ölümlə nəticələnə bilən xəstəliklər törədə bilər. Belə qida məhsullarının qəbulu da orqanizmə öz mənfi təsirini göstərir.
Özümüzü və yaxınlarımızı tərkibində nitratlar və radiasiyanın miqdarı yüksək olan “qeyri-sağlam” məhsullardan necə qoruya bilərik? Meyvə-tərəvəz məhsullarının tərkibində onların olub-olmadığını və miqdarını necə müəyyən edə bilərik?
Ev şəraitində bunu asanlıqla və cəld şəkildə edə bilməyə sizə Labtech TM şirkəti tərəfindən Azərbaycana yenicə idxal edilmiş xüsusi məişət cihazları Eko Tester (nitratlar və radiasiyanın miqdarını ölçmək üçün) və Nitrat Tester (nitratların miqdarını ölçmək üçün) kömək edəcəkdir.
Bu cihazlar tədqiq olunan obyektə batırılmaqla, təzə meyvə-tərəvəz və ət məhsullarında nitratların miqdarını və radiasiya səviyyəsini müəyyən edir. Məhsulun istifadəyə yararlı olub-olmadığı haqda mesaj, eləcə də, mq/kq ilə verilən norma həddi 3-10 san ərzində ekrana çıxır.
Bu cihazın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, konkret məhsulda nitratların normasını əzbərləməyə ehtiyac yoxdur, bu məlumatlar artıq cihazın yaddaşına qeyd edilmişdir.
Cihazın menyusuna 30-a qədər meyvə-tərəvəz növü daxildir. Bu cihazlar həm də təzə ət məhsullarında nitratların miqdarını və radiasiyanın səviyyəsini ölçə bilir.
Eko testerin vasitəsilə təkcə qida məhsullarında deyil, həm də müxtəlif obyektlər (uşaq oyuncaqları, inşaat materialları) və ümumiyyətlə, ətraf mühitdə (mənzil, bağ evi və s.) radiasiya səviyyəsini müəyyən etmək mümkündür.
Sağlamlıq üçün faydalı olan bu cihazların satış qiyməti: Nitrat tester - 115 AZN, Eko tester - 150 AZN.
Eko və Nitrat testerlər haqqında təfsilatlı məlumatları www.soeks.az internet səhifəsindən əldə edə bilərsiniz.
Bu cihazları əldə etmək üçün İzmir küç., 27B ünvanına, yaxud da 050 750 44 88 telefon nömrəsi vasitəsilə müraciət edə bilərsiniz.
Eko və Nitrat testerlər “sağlam” alış-veriş üçün sizin etibarlı “məsləhətçilərinizdir”. Özünüzün və yaxınlarınızın sağlamlığını qoruyun!